Finss.az - Rusiyanın "Pera Plastik Qrup" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin dövlətə külli miqdarda vergi borcu yaranıb. 2025-ci ilin 9 yanvar tarixinə olan vergi borcu 8 milyon 641,1 min manat təşkil edir. 2023-cü ildə bu rəqəm 1 milyon 209,4 min manat idi. Şirkətin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğludur.
Həmçinin, "Pera Plastik Qrup" şirkəti ilə eyni ünvanda qeydiyyatda olan və eyni qanuni təmsilçisi olan "Kasxim" MMC-nin yanvarın 9-na olan vergi borcu 829,1 min manat təşkil edir.
"Pera Plastik Qrup" və "Kasxim" MMC ilə eyni ünvanda dövlət qeydiyyatına alınan "Pera İndustries" MMC isə bu ilin yanvarın 9-da şirkətinin kapitalından 64 milyon manata yaxın vəsaiti geri çəkdiyini açıqlayıb. Şirkət nizamnamə kapitalını əmlak şəklində formalaşdırılan payların hesabına 63 milyon 749 min 987.50 manatdan 12.50 manata qədər azaldığını elan edib.