BİZNES

10 Yanvar

Naxçıvanda sahibkarlara 4,2 milyon manatlıq güzəştli kredit verilib

Finss.az - 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 38 layihənin maliyyələşdirilməsinə 4,2 milyon manatdan çox güzəştli kredit verib.

Məumata görə, bu kreditlərin 73%-i sənaye, 21%-i kənd təsərrüfatı, 6%-i isə xidmət sektoruna ayrılıb.

Ötən il sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fondun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-ya çatdırılıb. Əlavə olaraq 3 kredit təşkilatının əməkdaşlığa cəlb olunması üçün işlər davam etdirilir.