BİZNES

10 Yanvar

Azərbaycanda elektrik avadanlıqları istehsalı 29,6% artıb

 

Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik avadanlıqlarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,6 faiz artaraq 207,7 milyon manata çatıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin 11 ayı ərzində 962 ədəd (+60,6 faiz) güc transformatoru, 4 766 ədəd (-17,2 faiz) elektrik tənzimləyici cihazlar, 9 850,2 ton (+11,4 faiz) digər elektrik naqilləri, 793 ədəd (-8,7 faiz) məişət soyuducuları və dondurucuları istehsal olunub.

Ümumilikdə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 254,6 milyon manatlıq məhsul istehsal edilib.