Finss.az - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin məlumatına görə, 2024-cü ildə Bakı şəhəri üzrə 476 milyon nəfər sərnişin daşınıb, bu da 2023-cü il ilə müqayisədə 28 milyon nəfər artım göstərib.
O, həmçinin avtobusların yenilənməsi və təmirinə dair məlumat verib. 11 marşrut üzrə 154 avtobus yenilənib, 2 yeni marşrutda isə tam yeni avtobuslar fəaliyyətə başlayıb. 200 avtobus təmir edilərək istismara verilib, həmçinin 165 elektrik avtobusu sərnişindaşımada istifadə edilib. Özəl daşıyıcılar 60 yeni avtobus gətirib və bir hissəsi artıq istismara verilib. 2025-ci ildə isə özəl daşıyıcılar tərəfindən 100-dən çox yeni avtobusun gətirilməsi gözlənilir.