BİZNES

10 Yanvar

BMT: Azərbaycanda 2025-ci ildə təbii qaz tələbi iqtisadi artımı dəstəkləyəcək

Finss.az - BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında qeyd edilib ki, Azərbaycanda 2025-ci ildə iqtisadi artımın dəstəklənməsində təbii qazın artan qlobal tələbatı rol oynayacaq.

Hesabatda, 2024-cü ildə ölkənin güclü daxili tələbi və qeyri-neft sektorundakı artım nəticəsində iqtisadiyyatın sürətləndiyi bildirilir.

Qlobal bazarda Azərbaycanın təbii qazına olan tələbinin artırılması 2025-ci ildə iqtisadi artıma müsbət təsir göstərəcək.

Həmçinin, Qazaxıstanın iqtisadiyyatı da aşağı neft hasilatını qeyri-neft sektorunda güclü artımla kompensasiya edəcək və 2025-ci ildə Tengiz yatağından hasilatın genişlənməsi ilə sürət qazanacağı gözlənilir.