BİZNES

10 Yanvar

Türkiyənin ümumi mebel ixracı 5,2% artıb

Finss.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Qırğızıstana mebel ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,1% azalaraq, 11 milyon 283 min 92 dollar olub.

Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə Qırğızıstana 1 milyon 111 min 80 dollar dəyərində mebel ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 7% artım göstərir.

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin ümumi mebel ixracı 1% azalaraq, 7 milyard 895 milyon 355 min dollar təşkil edib. 2024-cü ilin dekabr ayında isə Türkiyə 709 milyon 537 min dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,2% artım göstərir.

2024-cü ilin son 12 ayında (dekabr 2023 - dekabr 2024) Türkiyə ümumilikdə 7 milyard 895 milyon 355 min dollar dəyərində mebel ixrac edib.