BİZNES

10 Yanvar

Azərbaycanın Tailandla ticarət dövriyyəsi 3,45 dəfə artıb

Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Tailand arasında ticarət dövriyyəsinin ümumi həcmi 304,11 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,45 dəfə artım deməkdir.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

İxrac və İdxal:

  • Azərbaycandan Tailanda ixrac: 234,24 milyon dollar (+8,96 dəfə artım)
  • Tailanddan Azərbaycana idxal: 69,87 milyon dollar (+12,9% artım)

İxracın əksər hissəsi xam neftin payına düşür. Hesabat dövründə Tailanda 234,2 milyon dollar dəyərində 376,9 ton neft ixrac olunub.

2024-cü ilin yanvar-noyabr aylarının nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Tailand ilə ticarətin payı 0,7% təşkil edib.