BİZNES

10 Yanvar

Azərbaycanda geyim istehsalı 28,6% artıb

Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 129,5 milyon manatlıq geyim istehsal olunub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehsal olunan məhsullar arasında:

  • 803,6 min ədəd üst geyimi (+49,6% artım),
  • 2 748,4 min ədəd istehsalat və peşə komplektləri (+37,8% artım),
  • 1 590,7 min ədəd alt geyimi (2 dəfə artım),
  • 4 737,3 min ədəd sair geyim (-23,2% azalma),
  • 3 576,3 min cüt corab (-0,1% azalma) istehsal olunub.

Bundan əlavə, 56,1 min kvadratmetr emal edilmiş dəri (+6,2% artım) və 915,2 min cüt ayaqqabı (+34,5% artım) istehsal edilib. Ayaqqabıların, dəri və dəridən məmulatların istehsalı isə dəyər baxımından 7,6% artaraq 39 milyon manata çatıb.

Ümumilikdə, toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 458,3 milyon manat dəyərində məhsul istehsal edilib.