BİZNES

10 Yanvar

Azərbaycandan Tailanda ixrac 9 dəfəyədək artıb

Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Tailand arasında ticarət dövriyyəsinin ümumi həcmi 304,11 milyon dollar təşkil edib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət 3,45 dəfə artıb. Azərbaycandan Tailanda ixrac: 234,24 milyon dollar (+8,96 dəfə), Tailanddan Azərbaycana idxal: 69,87 milyon dollar (+12,9 faiz). İxracın əksər hissəsi xam neftin payına düşür.

Belə ki, hesabat dövründə Tailanda 234,2 milyon dollar dəyərində 376,9 ton neft ixrac olunub. Ötən ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tailand ilə ticarətin payı 0,7 faiz təşkil edib.