Finss.az - Birləşmiş Millətlər Təşkilatının qlobal iqtisadiyyatla bağlı hesabatında Azərbaycandakı inflyasiya proqnozları təqdim edilib. Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanda inflyasiya 3,7% olaraq müəyyən edilib. BMT 2025-ci ildə inflyasiyanı 3,6%, 2026-cı ildə isə 3,1% səviyyəsində proqnozlaşdırır.
2024-cü il üçün inflyasiya proqnozu əvvəlki qiymətləndirmədən 2,2% bəndi azaldılıb. Eyni zamanda, BMT 2025-ci il üçün inflyasiya proqnozunu 0,3% bəndi aşağı salıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 4,4% olub.