BİZNES

10 Yanvar

"Azeri Light" neftinin qiyməti artıb

Finss.az - "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları (1,33%) artaraq 79,77 ABŞ dolları olub.

“Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti isə 78,05 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.