Finss.az - Bu rəqəm BMT-nin “Dünya İqtisadi Vəziyyəti və Perspektivlər 2025” hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, Azərbaycanın iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir. 2024-cü ildə iqtisadi artım daxili tələbatın genişlənməsi və qeyri-neft sektorunun inkişafı ilə sürətlənib. Bundan əlavə, 2025-ci ildə Azərbaycanın təbii qazına olan qlobal tələbatın iqtisadi artıma dəstək verəcəyi gözlənilir.
BMT həmçinin 2026-cı ildə Azərbaycanın ÜDM-nin yenidən 3% artacağını proqnozlaşdırır.
Hesabata əsasən, Azərbaycanın ÜDM-si 2023-cü ildə 1,1% artımdan sonra 2024-cü ilin sonuna kimi 4,6%-ə çatacaq. Bununla yanaşı, Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3,5%, 2026-cı il üçün isə 2,8% səviyyəsində proqnozlaşdırır.