BİZNES

10 Yanvar

Qazaxıstan Azərbaycan üzərindən keçən konteyner daşımalarının həcmini artıracaq

Finss.az - Qazaxıstan dəmir yolu nəqliyyatı və liman infrastrukturunda genişmiqyaslı modernləşdirmə işləri aparır.

Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi bildirib. Layihə, ölkənin limanlarının ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.

Məlumata əsasən, konteyner qovşağının inkişafı Qazaxıstanın beynəlxalq logistika sahəsində mövqelərini gücləndirəcək və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən konteyner daşımalarının həcmini artıracaq. Bu təşəbbüs, həmçinin, Çindən gələn tranzit yüklərinin bir hissəsinin Avropaya yönləndirilməsini təmin edəcək.

Bununla yanaşı, limanlarda dərinləşdirmə işlərinin aparılması planlaşdırılır. Bu tədbirlər limanların terminal gücünü artıracaq və konteyner daşımalarını daha effektiv edəcək.

Layihənin həyata keçirilməsi, Qazaxıstanın qlobal logistika şəbəkəsində strateji əhəmiyyətini daha da artıracaq.