BİZNES

10 Yanvar

Star Rafineri 2024-cü il üzrə əsas göstəricilər

Finss.az - Star Rafineri 2024-cü ildə mühüm göstəricilər əldə edərək, Türkiyənin enerji sektorunda strateji rolunu daha da gücləndirdi.

Bu göstəricilər müəssisənin davamlı inkşafını və ölkənin neft məhsulları üzrə ehtiyaclarının qarşılama potensialını artırmaqdadır.

2024-cü il ərzində Star Rafineridə emal olunan xam neftin ümumi həcmi 13 milyon ton təşkil edib. Bu nəticə, zavodun maksimal gücünü qoruyub saxladığını və regional enerji bazarına sabit təchizat təmin etdiyini göstərir. Star Rafineri 2024-cü ildə Türkiyənin emal olunmuş neft məhsulları üzrə ümumi ehtiyacının 18%-ni qarşılayıb. Bu göstərici zavodun ölkə işiqtisadiyyatı və enerji təhlükəsizliyindəki vacib rolunu bir daha təsdiqləyir.

Zavodun inkşafı və daha səmərəli fəaliyyət üçün həyata keçirilən mühüm yeniləmələrdən biri də DCU (Delayed Coker Unit) yeniləmə layihəsi olub. Bu layihə çərçivəsində 56 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb. Layihənin həyata keçirilməsi nəticəsində zavodun istehsal gücündə və məhsul keyfiyyətində artım müşahidə olunub.

2024-cü il ərzində Star Rafineridə ilk dəfə planlı dayandırılma (planned shutdown) həyata keçirilib. Bu proses aşağıdakı mərhələlərdən ibarət olub:

  • Hazırlıq müddəti: 2,5 il

  • Tətbiq müddəti: 2 ay

  • İşçi heyəti: 7713 nəfər

  • Nəticə: Zavodun istehsal həcmi 2,5% artırılıb.

Planlı dayandırılma zamanı həyata keçirilən texniki təkmilləşdirmələr və yenidənqurma işləri zavodun uzunmüddətli məhsuldarlığını artırmaq və əməliyyat xərclərini azaltmaq istiqamətində aparılıb.

2024-cü il üzrə Star Rafinerinin fəaliyyət göstəriciləri müəssisənin strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Zavodun Türkiyə bazarındakı payının artması, yeni investisiyaların həyata keçirilməsi və istehsal gücünün genişlənməsi şirkətin davamlı inkşaf yolunda irəlilədiyini göstərir. Star Rafineri, həm Türkiyənin enerji təhlükəsizliyinə, həm də regional işiqtisadi inkişafında mühüm töhfə verməyə davam edir.