BİZNES

09 Yanvar

Azərbaycanda şirkət sahibinə milyonlarla manat dividend ödənilib

Finss.az - Azərbaycanda alkoqollu və alkoqolsuz içki istehsalı ilə məşğul olan A+Co ASC, sahibinə 2023-cü ildə 11 milyon 728 min manat dividend ödəyib.

Bu, yeganə səhmdarı olan Elbrus Nəbiyev Ənvər oğluna ödənilib.

Həmçinin, Elbrus Nəbiyev "Diadem" ASC tikinti şirkətinin 75% səhmdarına da sahibdir. A+Co ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı 10 min manatdır.

Qanuni təmsilçisi isə Xanoğlan Məsim oğlu Qasımovdur.