Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 3,1 kvadrat metr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1% azalma təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2024-cü ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5,5 min kvadrat metr olub.
Ümumilikdə, ötən ilin ilk 11 ayında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatlar, ayaqqabılar istehsalı sahələrində 458,3 milyon manat dəyərində məhsul istehsal edilib. Bu sahələrdə geyim istehsalında 28,6% artım, dəri və dəridən məmulatların istehsalında 7,6% artım, amma toxuculuq sənayesində 6,4% azalma müşahidə olunub.