BİZNES

09 Yanvar

Ağdam Sənaye Parkında dəmir yolları üçün avadanlıqlar istehsal olunur

Finss.az - İşğaldan azad edilən ərazilərdə çəkilən dəmiryol xətlərinin kommunikasiya avadanlıqları Ağdam Sənaye Parkında istehsal olunur. RTS MMC şirkəti, 2016-cı ildən fəaliyyət göstərir və 2022-ci ildən Ağdam Sənaye Parkında rezident kimi qeydə alınıb. Zavodda rabitə və işarəvermə avadanlıqları, o cümlədən işıqforlar, mikroprosessor sistemləri, yol qutuları, inteqrallar və digər avadanlıqlar istehsal olunur.

Hal-hazırda zavodda 30-a yaxın işçi fəaliyyət göstərir və işçi qüvvəsinin 70 nəfərə qədər artırılması planlaşdırılır. Yerli sakinlərə iş imkanı yaradılır. Zavodda istehsal olunan avadanlıqlar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulur. MDB və Baltikyanı ölkələrə ixrac etmək məqsədilə danışıqlar aparılır.

"Azərbaycan Dəmir Yolları" ilə müqavilə əsasında Bərdə-Ağdam ərazisindən keçən dəmir yollarının yenidən quraşdırılması prosesində bu zavodun istehsal etdiyi avadanlıqlardan istifadə olunur.