BİZNES

09 Yanvar

Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 14,2% azalıb

Finss.az - 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 225 milyon 819 min 47 dollar olub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,2% azalma göstərir. Dekabr ayında isə Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 20 milyon 95 min 93 dollar təşkil edib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 34,6% azdır.

Eyni zamanda, 2024-cü ilin ümumi müddətində Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2,9% artaraq 16 milyard 677 milyon 730 min dollar olub. Dekabr ayında isə ixrac 1 milyard 478 milyon 712 min dollar təşkil edib, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,3% çoxdur.

Son 12 ayda isə Türkiyənin elektrik avadanlıqları ixracı ümumilikdə 16 milyard 677 milyon 730 min dollar olub.