Finss.az - 2024-cü ildə "Qazaxıstan Dəmir Yolları" SC şəbəkəsi üzrə ümumi taxıl daşınmasının həcmi 10,6 milyon ton təşkil edib. Bu dövrdə daxili daşımalar 13% artaraq 2,5 milyon tonu ötüb, ixrac isə 8,1 milyon ton olub.
Azərbaycan istiqamətində taxıl daşımalarının həcmi 2024-cü ildə 86% artıb.
Eyni zamanda, digər ölkələrlə ticarətdə də müsbət dinamika müşahidə olunub: Tacikistana ixrac 20%, Qırğızıstana 92%, İrana isə tədarük iki dəfə artıb.