Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 150 milyon 114 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.2% (29 milyon 267 min dollar) artım olduğunu göstərir. Həmin dövrdə mebel idxalının ümumi idxaldakı payı 0.80% təşkil edib.
Əlavə olaraq, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk 11 ayında Azərbaycanda 335.4 milyon manat dəyərində mebel istehsalı həyata keçirilib, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.5% artım göstərir. Bu göstərici ilə mebel istehsalı, idxalı 31.4% üstələyib.