Finss.az - 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən 2,8 milyon manat vəsait daxil olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,5% artım deməkdir.
Hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2% artım olduğunu göstərir.