Finss.az - 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 3.3% artaraq 12,893.4 ton, dəyər baxımından isə 4.5% artaraq 67 milyon 715.5 min ABŞ dolları təşkil edib. Eyni dövr ərzində çay ixracı 4.5% artaraq 679.4 ton, dəyər baxımından isə 1.6% artaraq 5 milyon 998.4 min ABŞ dolları olub. İdxalın ixracı 19 dəfə üstələdiyi halda, çayın bir kiloqramının orta idxal qiyməti 8.9 manat, orta ixrac qiyməti isə 15 manat olub.
Ötən il çay istehsalı 8.9% artaraq 11,528 ton olub. Çay idxalı ölkənin ümumi idxalının 0.36%-ni, ixracı isə ümumi ixracın 0.02%-ni təşkil edib.