Finss.az - Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 22,8 milyon ABŞ dolları dəyərində 14,087 ton süd və qaymaq idxal edib. Bu rəqəm, dəyər baxımından 347 min dollar və ya 1,5%, həcm baxımından isə 2479 ton və ya 21,3% artıb.
Süd və qaymaq idxalı, ümumi idxalın 0,12%-ni təşkil edib.
2024-cü ilin ilk 11 ayında Azərbaycan ümumilikdə 2,2 milyard ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 214 milyon dollar və ya 10,8% çoxdur.