BİZNES

09 Yanvar

Azərbaycanda elektromobillər üçün şarj cihazları istehsalına başlanılır

Finss.az - “EEL electronics” şirkəti, Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlayacaq.

Bu barədə şirkətin texniki direktoru Ruslan Şixəliyev məlumat verib.

O, qeyd edib ki, şirkət 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti olub və 2024-cü ilin sentyabr ayında istehsala başlayıb.

İlk mərhələdə 0-4 kVt idarəetmə panelləri və 6, 10, 35 kVt elektrik yuvaları istehsal olunur. Hazırda şirkət 45 nəfər yerli işçi ilə əməkdaşlıq edir. İkinci mərhələdə isə beton kompleks transformator məntəqələrinin istehsalı nəzərdə tutulur və bu mərhələdə daha 70-80 nəfər yerli əhali işlə təmin ediləcək.

Ruslan Şixəliyev həmçinin, məhsulların xarici şirkətlərə ixrac olunacağını vurğulayıb.