BİZNES

09 Yanvar

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC-ə çevrilib

Finss.az - "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təşkilati-hüquqi formasını dəyişdirərək Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib.

Bu barədə məlumat, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində yer alıb.

Qeyd edək ki, MMC 2007-ci ildə Fidan MMC adı ilə dövlət qeydiyyatına alınıb və 2008-ci ildə rebrendiq edilərək hazırkı adı olan "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası"nı alıb. MMC-nin nizamnamə kapitalı 103 milyon manat təşkil edir və qanuni təmsilçisi Osmanov Elşən Əlibala oğludur.