BİZNES

09 Yanvar

Azərbaycanın Ukraynaya qeyri-neft ixracında artım qeydə alınıb

Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Ukraynaya 104,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd olunan göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,8 milyon ABŞ dolları və ya 44% artım nümayiş etdirir. Ukraynaya qeyri-neft məhsullarının ixracı bu dövrdə Azərbaycanın ümumi ixracının 3,37%-ni təşkil edib.

Eyni zamanda, 2024-cü ilin ilk 11 ayında Azərbaycanın qeyri-neft məhsulları ixracında lider Rusiya olub. Bu ölkəyə 1,1 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da Azərbaycanın ümumi ixracının 34,55%-ni təşkil edir.