BİZNES

09 Yanvar

Rezin və plastik kütlə məmulatları istehsalında müsbət dinamika var

Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 475,6 milyon manat dəyərində rezin və plastik kütlə məmulatları istehsal olunub. 2023-cü ilin 11 ayı ilə müqayisədə bu göstərici 17,1 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə 7 270,2 ton plastmas çubuqlar, millər və profillər, 33 581,5 ton sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqlar, 16 772,1 ton polietilendən kisə və çantalar, 164 127,7 min ədəd plastmas butulkalar, flakonlar və oxşar məmulatlar, 3 892,2 ton polietilendən başqa, digər plastmas kisələr və çantalar, 258 min kvadratmetr döşəmə, divar və tavan üçün plastik kütlədən rulon və ya plitka şəklində örtük, 1 931,3 ton digər plastmasdan tikinti məmulatları, 2 927,7 ton məsaməli plastik kütlədən sair plastinlər və lövhələr istehsal olunub.

11 ay ərzində ən böyük artım plastmas kisələr və çantaların istehsalında qeydə alınıb – 3 dəfə. Daha sonra məsaməli plastik kütlədən sair plastinlər, lövhələr (+40,6 faiz) və plastmas butulkalar, flakonlar və oxşar məmulatlar (+23,1 faiz) qərarlaşıb.