BİZNES

09 Yanvar

“Gradus Holding” MMC ləğv olunduğunu elan edib

Finss.az - “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu açıqlayıb.

Şirkətin kreditorları tələblərini iki ay ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov (Bakixanov qəs.) küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Gradus Holding” MMC 2024-cü ilin oktyabr ayında yaradılıb və qanuni təmsilçisi Könül Qarayevadır. Şirkətin nizamnamə kapitalı 9 320 000 manatdır.