Finss.az - 2024-cü ildə "Qazaxıstan Dəmir Yolları" SC şəbəkəsi üzrə ümumi taxıl daşınmasının həcmi 10,6 milyon ton təşkil edib.
AZƏRTAC "Qazaxıstan Dəmir Yolları"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili daşımalar 13% artaraq 2,5 milyon tonu ötüb, ixrac isə 8,1 milyon ton təşkil edib.
Azərbaycan istiqamətində taxıl daşımalarının həcmi 2024-cü ildə 86% artıb.
Oxşar müsbət dinamika digər ölkələrlə ticarətdə də müşahidə olunur: Tacikistana ixrac 20%, Qırğızıstana 92%, İrana tədarük isə iki dəfə artıb.