Finss.az - Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 6 milyard 158,5 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu göstərici 2023-cü ilə nisbətən 740,7 milyon ABŞ dolları (10,73%) azalıb. 2023-cü ildə AÇG blokunun işlənməsindən əldə edilən gəlir 6 milyard 899,2 milyon ABŞ dolları olub.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə ilk müqavilə 1994-cü ilin 20 sentyabrında imzalanıb. 2017-ci ilin 14 sentyabrında isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş, yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
Hazırda AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %) və “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.