“ATC Air Trade Centre Havalandırma Sistemleri Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Finss.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 78B ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb.
Onun qanuni təmsilçisi Ələkbərov Ceyhun İsmayıl oğludur.