BİZNES

29 Noyabr

“Vitraj layihələri” xidmətlərinin satınalınması -TENDER

“ABB” ASC, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 ünvanında yerləşən Baş ofis inzibati binasının və Cəlilabad şəhəri, Z. Əliyeva 240 ünvanında Cəlilabad filialının inzibati binasının şüşə fasad hissələrinin “Vitraj layihələri” xidmətlərinin satınalınması üzrə kotirovka sorğusu elan edir.

Finss.az şirkətin kotirovka üzrə tələb və şərtlərini təqdim edir:

Kotirovka sorğusunun elan tarixi: 28.11.2024

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün: [email protected] və [email protected] e-poçt ünvanına şirkətin adını qeyd etməklə “iştirakımı  təsdiq edirəm” mətnini  göndərməlidir.

Kotirovka sorğusu proseduru üzrə zərflərin açılışı 09 dekabr 2024-cü il saat 15:20-da keçiriləcəkdir.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün adı qeyd edilmiş “ABB” ASC-nin əməkdaşına (Nərgiz Şahsuvarova: (012) 493-00-91, daxili 82-17/82-12, elektron poçt ünvanları:([email protected] və [email protected]) müraciət edə bilərsiniz.           
    

Kaira Agayeva 
Finss.az