Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən beynəlxalq “Africa Tech Festival 2024” konfrans və sərgisində iştirak edib.
Finss.az xəbər verir ki, CAR-ın paytaxtı Keyptaunda keçirilən tədbirdə “AzInTelecom” MMC stendlə çıxış edib. Stenddə iştirakçılara “AzInTelecom”un məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. Şirkətin əməkdaşları tədbir müddətində bir sıra xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Nümayəndələr arasında Afrika qitəsinin müxtəlif ölkələrində, xüsusilə bank və maliyyə texnologiyaları sahəsində çalışan şəxslər əsas yer tutub.
Kaira Agayeva
Finss.az