BİZNES

19 Avqust

İnfrastrukturun yenilənməsivə bir çox məsələlərlə bağlı sahibkarların müraciətləri dinlənilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.

Finss.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qəbulda sahibkarların biznesin inkişafına dair müxtəlif məsələlərə dair müraciətlərini dinləyib, onlarla bağlı ətraflı izahat verib, suallarını cavablandırıb. Sahibkarların müraciətləri əsasən infrastrukturun yenilənməsi, kommunal xidmətlərə qoşulma, yeni biznes təşəbbüslərinin həyata keçirilməsi üçün dəstəyin göstərilməsi, idxal əməliyyatları, cari biznes fəaliyyətləri ilə əlaqədar digər məsələlərlə bağlı olub. Sahibkarların araşdırma tələb edən müraciətləri isə baxılması üçün qeydiyyata alınıb.