Cari ilin I yarımili ərzində lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin, qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə 241 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Finss.az-a bildirilib ki, ötən ilin müvafiq dövründə bu göstərici 221 min manat təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində vətəndaş müraciətlərinin operativ həlli və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsinə yönələn tədbirlərini davam etdirir.
Fuad Mədətov
Finss.az