İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2354 nömrəli Fərmanının daha effektiv icrası ilə bağlı təkliflərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Bu barədə Finss.az-a ƏMDX-dan məlumat daxil olub.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun üzvlərinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirak etdiyi iclasda müvafiq Fərmanda əks olunan məsələlər və bu kontekstdə qarşıda duran qısamüddətli və uzunmüddətli strateji hədəflər müəyyən edilib.
Həmçinin, adıçəkilən Fərmanın icrası ilə bağlı müvafiq normativ hüquqi aktlara edilməsi nəzərdə tutulan zəruri dəyişikliklər diqqətə çatdırılıb və bu mövzuda fikir mübadiləsi aparılıb.
İclasın nəticəsində həmin Fərmanın vaxtında, keyfiyyətlə və mahiyyəti üzrə tam icrasını təmin edəcək növbəti tədbirlər müəyyən olunub.
Zemfira Ms
Finss.az