BİZNES

15 Avqust

Azərbaycanın mebel sektorunda idxalının azalması yerli istehsalı artırıb

Avqust 2024-cü ilə olan məlumatlara görə, Azərbaycan mebel bazarında bəzi dəyişikliklər müşahidə olunur.

Finss.az xəbər verir ki, ölkə mebel idxalına çəkilən xərcləri azaltmağa davam edir. Məsələn, 2023-cü ilin ilk beş ayı ilə müqayisədə mebel idxalına çəkilən xərclər təxminən 4.1% azalmışdır. 2024-cü ilin yanvar-mart aylarında isə bu göstərici təqribən 11% azalaraq 48 milyon ABŞ dolları təşkil edib.

Bu azalma, yerli mebel istehsalının artması və daxili bazarda xarici məhsullara olan tələbatın azalması ilə izah olunur. İdxalın azalması ölkədə istehsalın stimullaşdırılmasına və idxal olunan məhsulların əvəzlənməsinə yönəlmiş strategiyaların nəticəsidir​