BİZNES

13 Avqust

Azərbaycan “Turan e-ticarət və e-ixracat Forumu” möhtəşəm layihəyə ev sahibliyi edəcək

26 Noyabr tarixində ölkəmiz “Turan e-ticarət və e-ixracat Forumu” adlı böyük bir layihəyə ev sahibliyi edəcək. 

Finss.az xəbər verir ki, forum Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) və “Founder Club” Sahibkarlar klubunun təşkilatçılığı ilə baş tutacaq. Türkdilli ölkələr arasında ilk dəfə  keçiriləcək tədbir, bu ölkələr arasında mövcud idxal və ixrac imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır. 

Forum, elektron ticarət sektorunun qabaqcıl şirkətlərini və peşəkarlarını bir araya gətirərək, bazardakı inkişaf tendensiyaları, texnoloji yeniliklər və strateji yönləndirmələr barədə dərin müzakirələr aparmaq üçün mükəmməl bir fürsət yaradır. Bu ilki forumda iştirak edəcək qonaqlar arasında investorlar, orta və kiçik sahibkarlar, birlik rəhbərləri və iş adamları yer alacaq. 

Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan,Pakistan, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya, Hindistan və Misir kimi ölkələrdən də investorların qatılması planlanır. 

Forumda “S-Ticarət və ya E-ticarət”, “Azərbaycan Qlobal tədarük zənciri olmaq yolunda – Ələt Free Zone”, “E-ticarət Platformaları” başlıqlı panellər keçiriləcək. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər. 

Qeyd edək ki, tədbirdə ortalama 500-dən çox ziyarətçinin qatılımı planlanır. 

Forum barədə ətraflı məlumat üçün: +994 55 206 32 22

Tədbirin keçiriləcəyi tarix: 26 Noyabr 

Məkan: Marriot Boulevard Hotel