Son illər Apple, cihazlarının tədarükündə Çin Xalq Respublikasından asılılığı azaltmaq üçün alternativ bazarlar axtarışındadır. Bu axtarışların ən perspektivli istiqamətlərindən biri Hindistan oldu və ötən maliyyə ilində Apple orada 8 milyard dollar gəlir əldə etməyi bacardı.
2023-cü ilin martından 2024-cü ilin martına qədər olan dövr ərzində Apple-in Hindistandakı gəlirləri 33% artaraq, rekord səviyyə olan 8 milyard dollara çatdı. Bu məbləğin yarısından çoxu iPhone satışlarının payına düşdü. Finss.az Bloomberg agentliyi istinadən bu barədə məlumat verib.
Belə artım, Apple-in Hindistanda satışlarını artırmaq üçün göstərdiyi səylərin davamlı irəliləyişindən xəbər verir. Ölkənin iqtisadiyyatı inkişaf etdikcə, əhalinin alıcılıq qabiliyyəti də artır. Apple, Hindistana həm də istehsalını və gəlir mənbələrini Çin bazarından kənarda diversifikasiya etmək məqsədi ilə yönəlmişdir.
2023-cü ildə Apple, Hindistanda cihazlarının 14%-ni istehsal edib. Bununla yanaşı, iPhone-ların istehsalı 14 milyard dollar dəyərində olmuşdur. Şirkətin Hindistandakı podratçıları müxtəlif cihaz modellərini, o cümlədən iPhone 15-i təmin edir, lakin premium Pro və Pro Max modelləri deyil. Hindistanda yığılan cihazların böyük bir hissəsi ixrac üçün nəzərdə tutulub. Bu cihazların əksəriyyəti Tamil Nadu əyalətinin paytaxtı Çennay şəhərindən təxminən 40 km qərbdə yerləşən Şriperumbudur şəhərindəki zavodda istehsal olunur.