BİZNES

12 Avqust

Nike Türkiyədə onlayn satışları müvəqqəti dayandırdı

Nike, Türkiyədə gömrük rüsumlarının artması səbəbindən fəaliyyətini qismən dayandırıb. Şirkət, öz veb saytı və mobil tətbiqi vasitəsilə Türkiyədə onlayn satışları müvəqqəti olaraq dayandırıb. Bu addım, Ankaranın son vaxtlarda xaricdən edilən onlayn alış-verişlərə tətbiq etdiyi gömrük rüsumlarının artırılmasından sonra atılıb. Bu barədə Bloomberg, şirkətin rəsmi bəyanatına istinadən məlumat verir.

Finss.az bəyanatda əsasən xəbər verir ki, "Müştərilərimizə sifarişlərinin vaxtında və maneəsiz çatdırılacağına zəmanət verə bilmirik. Buna görə də, hazırda Türkiyədən onlayn sifarişlərin qəbulunu dayandırırıq."

Bununla yanaşı, Nike vurğulayır ki, şirkət Türkiyədəki öz mağazaları və pərakəndə tərəfdaşları vasitəsilə məhsullarını satmağa davam edəcək.

Qeyd edək ki, Türkiyədə yeni gömrük tədbirləri bu həftənin əvvəlində qüvvəyə minib. Avropa Birliyindən onlayn olaraq alınan mallara tətbiq edilən vergi dərəcəsi 20%-dən 30%-ə, digər ölkələrdən alınan mallara isə 30%-dən 60%-ə qaldırılıb.