BİZNES

08 Avqust

Bu il istehlakçılara 103 milyon manat ƏDV geri qaytarılıb

2023-cü ilin yanvar-iyul ayları ərzində pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara, eləcə də tibbi xidmətlərə görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) 103 milyon manatı fiziki şəxslərə geri qaytarılıb.

Finss.az xəbər verir ki, bu göstəricilər Dövlət Vergi Xidmətinin məlumatına əsaslanaraq təqdim edilib.

"ƏDV geri al" layihəsinin icrası nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 11 milyon 169,2 min manat təşkil edib. Bu layihə ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına və şəffaflığın artırılmasına müsbət təsir göstərir.