BİZNES

06 Avqust

Kurqan vilayətindən Azərbaycana 17 ton konservləşdirilmiş ət məhsulları tədarük edilib

Rusiyanın Kurqan vilayətindən Azərbaycana ümumi çəkisi 17 ton təşkil edən 3 partiya konservləşdirilmiş ət məhsulları ixrac edilib.

Finss.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına əsasən, xəbər verir ki, xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.

Ümumilikdə ilin əvvəlindən Kurqan istehsalçısının 82,1 ton konserv məhsulları yoxlanılıb. Məhsulların 50,6 tonu Azərbaycana, 14,9 tonu Tacikistana, 16,6 tonu isə Özbəkistana göndərilib.