Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Misirin investisiya imkanlarında maraqlı olan Azərbaycan sahibkarları ölkənin iplik pambıq, sintetik liflər, geyim, əczaçılıq, kağız, soda, avtomobil şinləri, avtomobillər və neft emalı sahələrinə sərmayə yatırmağa dəvət olunur.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, fürsətlər və qeyd olunan sahələrdə nəzərdə tutulan xüsusi investisiya təşviqləri ilə bu link (//drive.google.com/drive/folders/1GUUr5-yJjkt-8qJTbwXNW_SfYD3AM-aU?usp=sharing)vasitəsilə tanış olmaq mümkündür.
İddiaçılar aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə müraciət edə bilərlər:
E-mail: [email protected]
Tel: (+994 12) 598-01-47 (daxili – 3667)
Əlaqələndirici şəxs: Münəvvər Qocayeva