İqtisadiyyat Nazirliyinin üç əməkdaşı IV “Yüksəliş” müsabiqəsinin qalibi olub.
Fins.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, insan kapitalının inkişafı, ölkədə intellektual və idarəçilik keyfiyyətləri yüksək kadr ehtiyatı bankının yaradılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin final mərhələsində İqtisadiyyat Nazirliyinin üç əməkdaşı Nicat Qocayev, İsmayıl Hüseynov və Əkbər Əsgərov uğur qazanıb.
Qeyd edək ki, Nicat Qocayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İsmayıl Hüseynov İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu, Əkbər Əsgərov isə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin əməkdaşıdır. İsmayıl Hüseynov və Əkbər Əsgərov həmçinin, İqtisadiyyat Nazirliyində əməkdaşların potensialından səmərəli istifadə, yeni nəsil idarəçilərin hazırlanması, onların hərtərəfli inkişafının təmin edilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən “Uğur yolu” karyera inkişafı proqramının da qalibləridir.