BİZNES

31 İyul

Meta sifətin icazəsiz tanınması ilə bağlı Texas məhkəməsində 1,4 milyard dollar ödəyəcək

Texas ştatı (ABŞ) 2022-ci ilin fevralında Meta şirkətinə qarşı açılan iddianı həll etmək üçün müqavilə bağladığını elan etdi.

Fins.az xəbər verir ki, bu barədə “Kommersant” sənədin mətninə istinadən məlumat yayıb.

Məlumata görə, Texas Metanı Biometrik Məlumatların Qorunması Qanununu pozmaqda ittiham edib. Şirkət, Texas Facebook istifadəçilərinin üzlərini foto və videolardan tanıyıb və onların icazəsi olmadan məlumatları saxlayıb.

"Bir çox Texas sakinlərini xəbərdar etmədən, şirkət on ildən artıqdır ki, sifət tanıma proqram təminatı həyata keçirirdi. Bu, Facebook-a yüklənən fotoşəkillərdə demək olar ki, hər bir üzdə edilirdi. Beləliklə, şirkət o fotolardakı bütün insanların biometrik məlumatlarını topladı və saxladı," deyə əyalətin vəkili Ken Paxton bildirib.

Qeyd olunur ki, şirkət 2011-ci ildə üzləri avtomatik tanıyan və istifadəçiləri fotoda dostlarını işarələməyə dəvət edən Tag Suggestions funksiyasını tətbiq etdikdən sonra bunu etməyə başlayıb.

Prokuror vurğulayır ki, şirkət bunu Texas ştatında şirkətlərə yerli sakinlərin biometrik məlumatlarını onların razılığı olmadan toplamasını və saxlamasını qadağan edən qanunu bilərək edib.

2021-ci ildə şirkət oxşar iddiaya görə İllinoys ştatına 650 milyon dollar ödəməyə razılaşıb.

Kaira Ağayeva 

Fins.az