BİZNES

31 İyul

Mədən avadanlığı bazarı 20 milyard dollar dəyərində qiymətləndirilir

“Bernstein” broker şirkətinin analitiklərinin fikrincə, yaxın 5 ildə Bitcoin mədən avadanlığı bazarı 20 milyard dollara çata bilər. Ekspertlər kriptovalyuta mədən avadanlıqları bazarında dəyişiklikləri proqnozlaşdırırlar.

Fins.az xəbər verir ki, ASIC çiplərinin yeni Amerika istehsalçılarının - Block və Auradine-nin yaranması bazar lideri - Çin Bitmain üçün ciddi rəqabət yaradır.

İyulun əvvəlində Twitter-in keçmiş CEO-su Cek Dorsinin həmtəsisçisi olan Block, Core Scientific-ə yeni 3nm ASIC mədən çipləri tədarük edəcəyini açıqladı. Block və Core Scientific arasında müqavilə 300 milyon dollar dəyərində qiymətləndirilir.

Kaira Ağayeva 

Fins.az