Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Görüş gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, gömrük-biznes münasibətlərinin gücləndirilməsi məqsədilə təşkil olunub.
Görüşdə gömrük xidmətlərinin rəqəmsallaşdırılması, əlçatanlığının artırılması və asanlaşdırılması məqsədilə tətbiqinə başlanan “ÖZÜNET” layihəsi barədə sahibkarlara məlumat verilib, eyni zamanda aksizli malların idxal-ixrac proseslərində qarşıya çıxan məsələlər müzakirə olunub, bu sahədə qanunvericiliyin tələbləri izah edilib.
Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.