BİZNES

19 İyul

Elektron Təhlükəsizlik Xidmətinin “Microsoft Windows” əməliyyat sistemində yaranmış xəta ilə bağlı AÇIQLAMASI

Dünya üzrə “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunur. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.

Qurumdan Fins.az-a verilən məlumata görə, “Windows” sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.

Hazırda “Microsoft” şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan “Windows” əməliyyat sisteminin yenilənməsinin dayandırılması tövsiyə olunur.

Fuad Mədətov
Fins.az