BİZNES

18 İyul

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb.

Fins.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, müəssisədə yüksək keyfiyyətli tamet daşların istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 25 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.