BİZNES

11 İyul

Ötən il dövlət satınalmalarından 742 milyon manat qənaət edildi - Məmməd Abbasbəyli

Ötən il satınalma prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi nəticəsində ölkəmiz 742 milyon manat dövlət vəsaitinə qənaət edib.

Fins.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.

M.Abbasbəyli cari il satınalmalar prosesinin tamamilə rəqəmsallaşdırılması nəticəsində bu məbləğ daha da artacağına ümid etdiyini bildirib.

Fuad Mədətov
Fins.az